VVADQ-də (ZAQS-da) APARILAN HƏRƏKƏTLƏRİN RÜSUMLARI

VVADQ-də (ZAQS-da) APARILAN HƏRƏKƏTLƏRİN RÜSUMLARI

Nikahın qeydə alınması – 5 m

Nikahın pozulmasının qeydə alınması üçün:
1. yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında – 6 m
2. məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) – 11 m
3. digər tərəf müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş, yaxud fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişsə, yaxud ən azı üç il müddətində azadlıqdanməhrum edilmiş şəxsdirsə – 2 m

Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması – 3 m

Doğum, nikah və nikahın pozulması, ölüm haqqında akt qeydlərində dəyişikliklərin, düzəlişlərin və əlavələrin edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsi – 2 m

Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması barədə təkrar şəhadətnamələrin verilməsi – 2 m

Xaricdə istifadə edilməsi məqsədi ilə verilən eyni cür şəhadətnamələr – 11 m

QEYD: Doğumun, ölümün, övladlığa götürülmənin və atalığın (analığın) müəyyən edilməsinin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

LooXəbər
All Women's